Hərracda 2 dövlət əmlakı özəlləşdirilib

Xəbərlər

26.05.2021 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Şəmkir Balıq Zavodu və Neftçala şəhərində yerləşən inzibati idarə binası özəlləşdirildi

 

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən mayın 25-də təşkil olunmuş növbəti hərracda 2 dövlət əmlakı özəlləşdirilib.

 

ƏMDX-dən AYNA-ya verilən məlumata görə, bunlardan biri Şəmkir rayonunda yerləşən Şəmkir Balıq Zavodu, digəri isə Neftçala şəhərində yerləşən inzibati idarə binasıdır.

 

Keçiriləcək özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytında (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalında (“privatization.az”) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəməklə, hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.

 

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş