Heroin satan şəxs saxlanılıb

Xəbərlər

16.12.2021 - 13:59

Həkimlər Klinikalar SEO Xidməti

Xızı polisi əməliyyat keçirib

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Akif Heybətov saxlanılıb. 

Həmin şəxsin  üzərinə və yaşadığı evə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş