Hərbi xidmətdə olanlara diplomların verilməsində güzəşt edilə bilərmi?

Cəmiyyət

11.11.2020 - 11:32

Həkimlər Klinikalar SEO Xidməti

Onlar digər tələbələrlə bərabərhüquqlu tələbə-məzun hesab olunurlar”

 

Məlum olduğu kimi, ölkəmizdə ali təhsilini başa vuran tələbələr bir sıra hallarda diplomlarını gec alırlar. Təhsil aldıqları ali təhsil müəssisəsinin bu məsələdə ləngiməsi çoxunun işində əngəl yaradır. Bəzi hallarda da tələbə öz səhlənkarlığı ucbatından diplomunu gec alır. Belə ki, akademik borcunu vaxtında tamamlamayan tələbə diplomunu almaq üçün gözləməli olur.

 

Ötən günlərdə sosial mediada yayılan paylaşımlarda hərbi xidmətə aparılan oğlanların diplomlarının alınmasında valideynlərinin qarşılaşdığı çətinlik diqqət çəkdi. Universitet tələbənin akademik borcu olduğunu və bunun tamamlanması gərəkdiyini bildirir, əks tərəf isə indiki halda tələbəyə bu məsələdə güzəştə gedilməsinin mümkün olduğunu iddia edirdi.

 

Problemi AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, diplomların verilmə qaydalarına görə, ali təhsilini başa vurmuş şəxslərə bununla bağlı müvafiq sənəd verilməlidir: “Amma uzun illərdir Azərbaycanda yaşanan təcrübəyə görə, məzunlar təhsillərini başa vurduqdan uzun müddət sonra ali təhsilini bitirmək haqqında sənədlərini gec alırlar. Ali təhsil müəssisələrində bu məsələdə ləngimələrlə bağlı səbəb sənədin hazırlanması üçün müvafiq əmirlərin gecikməsi ilə bağlı olur”.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

“Eyni zamanda, tələbənin akademik borcunun tamamlanması, qiymətlərindən narazı olanların yenidən imtahanlarda iştirak şansından yararlanması da gecikmə səbəbi ola bilir. Digər bir səbəb isə diplomları yazan xəttat sayının yetərli sayda olmamasıdır. Ali təhsili başa vurmaq haqda sənədi xüsusi xəttatlar yazırlar və onların sayı olduqca azdır. Bu səbəbdən də diplomları yazmağa uzun müddət vaxt tələb olunur”, - həmsöhbətimiz bildirib.

 

Ekspertin sözlərinə görə, diplomların gec verilməsi, xüsusilə təhsilini başa vurub hərbi xidmətə gedən oğlanlar üçün problem yaradır: “Düzdür, dövlət qulluğuna, digər dövlət qurumlarına imtahan verənlərə arayış verilir, lakin bəzən bu arayışda da problem yaradırlar. Qeyd edim ki, ali təhsilini başa vurmuş, lakin bunun barədə diplom almayan şəxslərin diplomlarını anası, atası, bacısı, qardaşı hər hansı bir notarial sənəd təqdim etmədən ailə üzvü kimi ala bilər. Lakin digər bir şəxs gedib təhsil müəssisəsindən həmin şəxsin sənədini alacaqsa, notarial qaydada mütləq olaraq etibarnaməsi olmalıdır. Bildiyimiz kimi diplom yalnız o şəxslərə verilir ki, onlar bütün akademik öhdəliklərini tamamlamış olurlar”.

 

Əsədov burada bir məqama da diqqət çəkib: “Deməli, Azərbaycan qanunvericiliyə görə, yalnız ali təhsilini başa vurmuş şəxslər bir il hərbi xidmətdə olurlar. Lakin akademik borcu tamamlanmamış şəxslər dörd il oxusalar da, 1 il 6 ay hərbi xidmət edirlər. Bu da həmin şəxslərin dörd illik əziyyətinin müəyyən qədər heçə çıxmasıdır. Düzdür, son ay yarımda ölkədə müharibə şəraiti olub, amma buna qədər hərbi xidmətdə olan şəxslərə dövlət imtahanı zamanı məzuniyyət verilirdi və onlar imtahanda iştirak edirdilər. İndiki qanunvericilikdə isə hərbi xidmətdə olan şəxslərə kəsirlərini düzəltmək üçün hər hansı güzəşt nəzərdə tutulmur”.

 

“Hərbi xidmətdə olan şəxslər digər tələbələrlə bərabərhüquqlu tələbə-məzun hesab olunurlar və onların hərbi xidmətdə olması əlavə bir üstünlük yaratmır ki, onların kəsrləri bağlansın və ya bağışlansın. Lakin ali təhsil müəssiəsisənin o hüququ var ki, müstəsna hal kimi kəsri olan və hərbi xidmətə yollanmış şəxslərə güzəşt edə bilsin”, - mütəxəssis vurğulayıb.

 

“Bütün hallarda kəsri olan tələbələr akademik borclarını yerinə yetirmək üçün semestr ərzində akademik dərs saatını tamamlamalıdırlar. Bu zaman ali təhsil müəssisəsi şans yarada bilər ki, tələbələr alt dərslərdə oturmadan müvafiq olaraq birbaşa imtahanda iştirak edə bilsinlər. Bu da yalnız semestr zamanı mümkündür”, - deyə Əsədov fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş