Hərbi qulluqçuların maaşları artırılıb - <font color=red> RƏSMİ</font>

Siyasət

02.03.2021 - 17:42

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik hərbi qulluqçuların maaşları ilə bağlı məlumat yayıb

 

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, Müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

 

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

 

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

 

Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş