Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Ankarada - <font color=red> FOTOLAR</font>

Xəbərlər

28.01.2021 - 20:23

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb

 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.



Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş