Hərbçimiz minaya düşüb

Hadisə

27.11.2025 - 23:48

Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.

AYNA.AZ "Trend"ə istinadən xəbər verir ki, mina partlayışı nəticəsində hərbçi ağır yaralanıb.

 

Onun yaxınlarının bildirdiyinə görə, partlayış nəticəsində Vüsal Cabbarovun ayaqlarından biri amputasiya olunub. Vəziyyəti ağır olan hərbi qulluqçu hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş