Hərbçimiz minaya düşüb

Hadisə

20.12.2024 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Onun həyatı üçün təhlükə yoxdur

Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyadaəleyhinə minaya düşərək xəsarət alıb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş