Hərbçimiz Kəlbəcərdə minaya düşüb

Hadisə

29.05.2025 - 17:20

cedabet dərman SEO Xidməti

Fakt üzrə cinayət işi başlanılıb

Azərbaycan Ordusunun hərbçisinin Kəlbəcərdə minaya düşməsi faktı üzrə cinayət işi başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ibtidai istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş