Hərbçilərimiz Türkiyədəki minatəmizləmə təlimlərindən qayıdıblar - <font color=red> FOTOLAR</font>

Xəbərlər

02.02.2021 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın hərbi istehkamçıları təlimi uğurla başa vuraraq Vətənə yola salınıb

 

Azərbaycan Silahlı Qüvvələrinin 23 minaaxtaranı Türkiyədə xüsusi təlim keçib. AYNA Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Mina Axtarışı və Təmizlənməsi (ÖMAT) kursu yanvarın 3-dən 29-dak İzmir şəhərində baş tutub.

 

Azərbaycanın hərbi istehkamçıları təlimi uğurla başa vuraraq Vətənə yola salınıb.

 

Qeyd edək ki, Azərbaycan və Türkiyə minaaxtaranları işğaldan azad edilmiş ərazilərdə birgə mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işlərini həyata keçirirlər. Eyni zamanda türkiyəli istehkamçılar azərbaycanlı həmkarlarına təlim də keçir.





Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş