Həlak olan mülki şəxslərin sayı 65-ə çatıb

Xəbərlər

24.10.2020 - 18:15

Ermənilərin atəşi nəticəsində həlak olanların sayı məlum olub

 

Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

 

Qurumdan AYNA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

 

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş