Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Xəbərlər

29.11.2021 - 11:56

Həkimlər Klinikalar SEO Xidməti

Ötən 2 gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılıb

Daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş