Həftəsonu 7 yol-nəqliyyat hadisəsi baş verib

Hadisə

15.08.2022 - 11:51

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 108 nəfər saxlanılıb

Avqustun 13-də və 14-də ölkə ərazisində qeydə alınan 126, əvvəlki dövrlərdən bağlı qalan beş cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 75 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 108 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş