Həcc ziyarətindən sonra ABŞ-İran danışıqlarının yeni mərhələsi baş tuta bilər

Dünya

21.05.2026 - 09:07

Pakistan iki həftədir uran ehtiyatları və gəmiçilik məsələlərini əhatə edən mini-razılaşma üzərində işləyir

Həcc mərasiminin əsas ayinlərindən - müsəlmanların Məkkə və Mədinəyə illik ziyarətindən sonra İslamabadda ABŞ-İran danışıqlarının yeni mərhələsi baş tuta bilər. AYNA.AZ xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" kanalı məlumat yayıb.

Qeyd edək ki, bu il Həcc mərasimi 29 maya qədər davam edəcək.

Məlumata görə, vasitəçi Pakistan təxminən iki həftədir ki, Hörmüz boğazında yüksək zənginləşdirilmiş uran ehtiyatları və gəmiçilik məsələlərini əhatə edən mini-razılaşma üzərində işləyir.

"Razılaşmanın yekunlaşdırılması üçün danışıqların bir mərhələsi, çox güman ki, Həcc ziyarətindən sonra baş tutacaq", - telekanalın jurnalisti Abdullah Xələf deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş