Futbolçular iyunun 24-də koronavirus testi verib
Türkiyənin “Beşiktaş” futbol klubunun iki oyunçusunun COVID-19 testi müsbət nəticə verib.
AYNA-nın məlumatına görə, bu barədə klubun saytında bildirilir.
Klubun tibb üzrə nümayəndəsi Tekin Kerem Ülkü bildirib ki, komandanın bütün futbolçularının iyunun 24-də verdikləri koronavirus testlərindən ikisinin nəticəsi müsbət olub. Onun sözlərinə görə, virusun aşkarlandığı oyunçuların müalicəsinə başlanılıb.