AFFA Əmir Ağayev barədə FIFA-ya müraciət edib

İdman

23.08.2020 - 17:49

Müraciətə növbəti həftə baxılacaq

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

 

AYNA AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan “Atromitos” klubuna rəsmi dəvət göndərilib.

 

FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.

 

Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.

Müəllif: Ayna.az