Onlarda müvafiq olaraq diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub
Bakıda hava şəraiti ilə bağlı beş nəfər müxtəlif xəsarətlərlə təcili tibbi yardıma müraciət edib. Bu barədə AYNA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təcili yardıma müraciət edən beş nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib: “Onlarda müvafiq olaraq diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub”.