Hava isinir: Sabah temperatur 35 dərəcəyə yüksələcək

Xəbərlər

04.09.2020 - 13:38

cedabet dərman SEO Xidməti

Azərbaycanda sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb

 

Azərbaycanda sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  29-32, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. 

 

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz  20-25 dərəcə isti olacağı gözlənilir.  

 

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 5-6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş