“Mən öz həyat və peşəkar təcrübəmi, yeni ideyalarımı gətirəcəyəm”
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, hazırkı Prezident Co Baydenin kursunu davam etdirməyəcək. AYNA xəbər verir ki, bu barədə Harris “Fox News”a müsahibəsində deyib.
“Mənim prezidentliyim Baydenin kursunun davamı olmayacaq və səlahiyyət müddətinə başlayan hər hansı digər prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi, yeni ideyalarımı gətirəcəyəm" deyə bildirib.
Harris Baydenin kursunu davam etdirmək istəmədiyini söyləyib: “Çünki mən yeni liderlər nəslini təmsil edirəm”.