“Amerikalılar Trampa qarşı çıxmaq üçün birləşməlidirlər”
“Amerikalılar ABŞ Prezidenti Donald Trampa qarşı birləşməli və bir-birindən uzaqlaşmamalıdırlar”. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu çağırışla ABŞ-ın keçmiş vitse-prezidenti və Amerika lideri postuna keçmiş namizəd Kamala Harris edib.
"Böhran qarşısında dayanmağın yolu budur: qaçmamaq", Harris qeyd edib.
Vəzifədən getdikdən sonra etdiyi ən böyük çıxışında Harris amerikalıları bir araya gəlib səsini çıxarmağa çağırıb. O Tramp administrasiyasının iqtisadi siyasətini “müasir prezidentlik tarixində insan tərəfindən törədilən ən böyük iqtisadi böhran” adlandırıb.