“Bir tərəf güzəştə gedərsə, digər tərəf daha qətiyyətli hərəkət edəcək”
“Rusiya-Ukrayna münaqişəsinin həllində tezliklə müəyyən irəliləyiş əldə oluna bilər”. AYNA.AZ “TRT Haber” telekanalına istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Nazir qeyd edib ki, “hazırkı vəziyyət elədir ki, bir tərəf güzəştə gedərsə, digər tərəf daha qətiyyətli hərəkət edəcək və buna görə də hər iki tərəf hərbi səylərini artırır”.
"İndi, deyəsən - və mən amerikalılarla danışıqları nəzərdə tuturam - belə bir fikir var ki, bu problemin bir müddətdən sonra həlli üçün fürsət yarana bilər. Çünki problemin nə olduğu və harada olduğu aydındır", nazir qeyd edib.
Fidanın sözlərinə görə, problem ondadır ki, “Ukrayna geri çəkilmək istəmir”.
Türkiyənin xarici işlər naziri əlavə edib ki, hazırda Avropa və Amerika rəsmiləri ilə müzakirə olunan bəzi alternativ mümkün həll yolları var.