Haitidə izdihamda 30 nəfər ölüb

Dünya

12.04.2026 - 13:47

İzdiham Laferrière qalasının ərazisində baş verib

Haitinin şimalındakı məşhur turistik məkanda baş verən izdihamda ən azı 30 nəfər həlak olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” xilasedicilərə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur: "Şənbə günü baş verən izdihamda ən azı 30 nəfər ölüb. İzdiham Laferrière qalasının ərazisində baş verib".

Faciə illik qeyd etmələr zamanı baş verib. İzdiham UNESCO-nun Dünya İrsi siyahısına daxil olan yerli qala girişində baş verib. Hadisənin təfərrüatları araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş