Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb, xəsarət alanlar var

Hadisə

12.10.2023 - 08:50

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə zamanı zərər çəkən şəxslər xəstəxanaya yerləşdirilib

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

AYNA "Report"a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş