Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Hacıqabulda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Neyniman kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu keçən Meyniman kənd sakini, 1951-ci il təvəllüdlü Həsənov Günəş Ağasəlim oğlunu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.