Hadisə Hacıqabul-Horadiz magistralında baş verib
Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ölüb.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri Şirvan sakini, 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.