Gürcüstanın sabiq baş prokuroru qiyabi həbs olunub

Dünya

30.12.2025 - 22:42

Otar Partsxaladze iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunur

Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, hökmü Tiflis Şəhər Məhkəməsi elan edib.

Rusiya vətəndaşı olan Partsxaladze iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunur. O hazırda Rusiyadadır.

Vəkili müdafiə etdiyi şəxsin ittihamı qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Levan Canqveladze bu ilin martın 14-də Tiflisdə qətlə yetirilib. Qətli törətməkdə ittiham olunan Gela Udzilauri bu ilin oktyabrında ömürlük azadlıqdan məhrum edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş