Çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib
Son günlərdə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində 57 xarici vətəndaşı Gürcüstandan çıxarıblar. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.
Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Hindistan, Azərbaycan, Rusiya, Belarus, Misir, İraq, Nigeriya, Kuba, Ermənistan, Birləşmiş Krallıq, İran, Moldova, Sudan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Çindən olan 57 vətəndaş ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.