Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə olunacaq

Xəbərlər

12.01.2021 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

Təxliyə yanvarın 15-nə təyin olunub

 

Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 Azərbaycan vətəndaşının vətənə təxliyəsi həyata keçiriləcək. AYNA “Report”-a istinadən xəbər verir ki, təxliyə yanvarın 15-nə təyin olunub.

 

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, təxliyə olunacaq şəxslər sabah koronavirus testindən keçiriləcək və nəticələr yanvarın 14-də açıqlanacaq.

 

COVID-19 virusu aşkarlanmayan şəxslərə Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik nümayəndəsi tərəfindən xüsusi arayışlar veriləcək və onlar vətənə dönə biləcəklər.

 

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə iki minə yaxın azərbaycanlının Azərbaycana qayıtması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş