Gürcüstanda turistləri daşıyan mikroavtobus qəzaya düşüb

Hadisə

25.06.2022 - 19:09

Yaralılardan 9 nəfərin əcnəbi olduğu bildirilir

Gürcüstanın Kaxeti rayonunda turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb. AYNA-nın məlumatına görə, hadisə nəticəsinə 12 nəfər yaralanıb.

Onlardan 9-nun əcnəbi turist olduğu bildirilir. Yaralılar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb, onlardan birinin durumunun ciddi olduğu bildirilir.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az