Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Xəbərlər

30.11.2021 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

Qonşu ölkənin həbsxanalarında 104 Azərbaycan vətəndaşı cəza çəkir

2021-ci ilin oktyabrına olan göstəriciyə əsasən, Gürcüstan həbsxanalarında 104 Azərbaycan vətəndaşı cəza çəkir.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu, əvvəlki ayla müqayisədə 3 nəfər çoxdur. Qeyd olunub ki, həbsdə olanlardan 91 nəfər məhkum edilib, onlardan 78-i kişi, 11-i qadın, 2-si isə yeniyetmədir. Barələrində məhkəmə hökmü olmayan 13 Azərbaycan vətəndaşından 11-i kişi, 1-i qadın, 1-i isə yeniyetmədir.

Statistikaya görə, oktyabrda Gürcüstan həbsxanalarında cəza çəkən xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin sayı 563 nəfər təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş