Yanvar ayında Gürcüstan Rusiyaya 15 min dollar dəyərində kartof ixrac edib
Altı aylıq fasilədən sonra Gürcüstandan Rusiyaya kartof ixracı bərpa olunub. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Statistika Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvar ayında Gürcüstan Rusiyaya 15.000 dollar dəyərində kartof ixrac edib.
Doqquz aylıq davamlı alışlardan sonra tədarük iyul ayında dayandırılıb. Bu həcmlər 2022-ci ilin avqust ayından bəri ən aşağı göstərici olub.
Ötən ilin birinci yarısında orta aylıq ixrac həcmi 3,4 milyon dollar olub.
Yanvar ayında Gürcüstandan ümumi kartof ixracı 951.200 dollar təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 2,9 dəfə çox, əvvəlki ilin yanvar ayı ilə müqayisədə isə 4,8 dəfə azdır.