Gürcüstan Prezidenti müxalifətin yürüşündə iştirak edib

Dünya

20.10.2024 - 23:22

Həkimlər Klinikalar SEO Xidməti

Salome Zurabişvili: “Azadlıq və sülhdən dəyərli heç nə yoxdur”

Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə müxalidətin Azadlıq meydanında keçirdiyi “Gürcüstan Avropa İttifaqını seçir” adlı yürüş-mitinqində iştirak edib. AYNA xəbər verir ki, Zurabişvili mitinqdə çıxışında deyib ki, Gürcüstan Avropaya sülh yolu ilə, ləyaqətlə və gürcü üsulu ilə daxil olur.

“Sizi böyük sevgi və emosiya ilə salamlamaq istəyirəm. Bu gün Gürcüstan tarixində övladlarımızın və nəvələrimizin yaddaşında qalacaq o günlərdən biridir. Bu gün nəvəm dünyaya gəldi. Yəqin ki, bütün bunlar yeni gələcəyin, yeni Gürcüstanın gəldiyinə işarədir. Bu gün qarşımda duran Gürcüstan azad Gürcüstandır. Heç kim bura zorla gəlməyib. Tələbələrdən heç biri gəlmədi, çünki onlara dedilər: “Əks halda təqaüd ala bilməyəcəksiniz”, - Zurabişvili çıxışında qeyd edib.

Prezident vurğulayıb ki, azadlıqdan dəyərli heç nə yoxdur: “Azadlıq və sülhdən dəyərli heç nə yoxdur. Bu gün o gürcülər Avropaya sülh yolu ilə, ləyaqətlə və gürcü üsulu ilə daxil olurlar. Bu gün sabahın və dünənin Gürcüstanı burada dayanır. “Dünən” deyəndə, sovet caynaqlarında boğulan Gürcüstan deyil, əcdadlarımızın, layiqli tariximizin azad Gürcüstanını nəzərdə tuturam”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş