Gürcüstan Parlamentində Baltikyanı ölkələrlə dostluq qrupları olmayacaq

Dünya

10.06.2025 - 16:25

cedabet dərman SEO Xidməti

“Dostluq qruplarının yaradılması ilə bağlı siyasi qərar var, lakin hakim partiyadan olan deputatlardan heç biri orada işləmək istəmir”

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının tam nəzarətində olan Gürcüstan Parlamentində bu gün müxtəlif ölkələrlə dostluq qruplarının tərkibi təsdiqlənib. Lakin Litva, Latviya və Estoniya bu siyahıya daxil edilməyib. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.

Parlamentin bürosundan bildirilib ki, Baltikyanı ölkələrlə “dostluq qruplarının yaradılması ilə bağlı siyasi qərar var, lakin hakim partiyadan olan deputatlardan heç biri orada işləmək istəmir”.

Parlamentin spikeri Şalva Papuaşvili deyib ki, bu, “bu ölkələrin gürcü xalqına qarşı qeyri-dost siyasətinə” təbii reaksiyadır.

“Qeyri-dost siyasət” Latviya, Litva və Estoniyanın “Gürcü Arzusu” hökumətinin sərt tənqidi, onun demokratiyadan geri çəkilməkdə ittiham edilməsi və Baltikyanı ölkələrin Gürcüstan rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalar kimi başa düşülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş