Gela Cojuanın sərhədi necə keçdiyi və hansı sərhəd məntəqəsindən Gürcüstana daxil olduğu məlum deyil
Gürcüstan Daxili İşlər Nazirliyi kriminal aləmdə Gela Tiflisiski kimi tanınan “qanuni oğru” Gela Cojuanı saxlayıb. AYNA gürcü mediasına istinadən bildirir ki, “qanuni oğru” kriminal polis əməkdaşları tərəfindən saxlanılıb.
İnternetdə Gela Cojuanın qızı, MMA döyüşçüsü Liana Cojuanı görməyə gəldiyi iddia edilən video yayılıb. Onun sərhədi necə keçdiyi və hansı sərhəd məntəqəsindən Gürcüstana daxil olduğu məlum deyil.
O, bir neçə dəfə Ukraynada saxlanılıb. Cojua həm kriminal aləmə mənsub olmaqda, həm də cinayətkar qruplaşmaya rəhbərlik etməkdə ittiham olunub.
Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsini nəzərdə tutan iki - 236 və 260-cı maddələrlə istintaq başladılıb.
“Qanuni oğru” Ortaçala rayonundakı dostu – keçmiş dövlət qulluqçusu, əvvəllər “Tbilservis”ə rəhbərlik etmiş Aleko Kvaçadzenin evində saxlanılıb.