Gürcü polisi Batumidə əməliyyat keçirib

Dünya

27.02.2026 - 17:06

Gürcüstanda külli miqdarda narkotik müsadirə olunub

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə natkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri həyata keçirib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, DİN-in məlumatına görə, nəticədə iki nəfər xarici ölkə vətəndaşından külli miqdarda narkotik maddə müsadirə olunub.

Bildirilib ki, təqsirləndirilən şəxslərin şəxsi və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı polis xüsusilə külli miqdarda narkotik vasitə olan heroin müsadirə edib.

İstintaq müəyyənləşdirib ki, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdıraraq Batumidə satış üçün müxtəlif yerlərdə saxlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş