GUAM PA-nın Tbilisidə iclası keçiriləcək

Xəbərlər

10.07.2021 - 02:57

Həkimlər Klinikalar SEO Xidməti

İclasda regional bağlı bir sıra məsələlər müzakirə olunacaq

 

GUAM Parlament Assambleyasının (PA) növbəti plenar iclasının noyabr ayında Tbilisidə keçirilməsi planlaşdırılır. AYNA xarici mediaya istinadən bildirir ki, bunu Gürcüstanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Teymuraz Cancaliya deyib.

 

Nazir bildirib ki, iclasda qanunvericilik sahəsində GUAM əməkdaşlığı, həmçinin təşkilatın tərəfdaş ölkələr və digər beynəlxalq qurumlar ilə əlaqələrinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

Cancaliya onu da qeyd edib ki, regional təhlükəsizliyə birgə yanaşma, transsərhəd cinayətkarlığa qarşı mübarizə, dayanıqlı gələcək üçün səylərin artırılması məsələləri də iclasda müzakirə ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş