Göygöldə silah-sursat aşkarlanıb

Xəbərlər

02.03.2024 - 12:58

Faktla bağlı araşdırmalar davam etdirilir

Göygöldə silah-sursat aşkarlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Köşkü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Qeyd edilən ərazilərdən 688 ədəd müxtəlif kalibirli avtomat patronlar, daraqlar və “Revolver” tipli tapança aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Bundan başqa, polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Şəhriyar kənd sakini 1 ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib.

Müəllif: Ayna.az