Hadisə nəticəsində sürücü xəsarət alıb
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, qəza Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində 2003-cü il təvəllüdlü N. Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.