Xəsarət alan şəxslər xəstəxanalardan birinə yerləşdiriliblər
Göygöldə bıçaqlanma hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Mübahisə zəminində bıçaq xəsarətləri alan, 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucov və onun qohumu, 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.