Göyçayda qəza olub

Hadisə

02.09.2024 - 03:22

Həkimlər Klinikalar SEO Xidməti

21 yaşlı gənc sınıq xəsarətləri alıb

Sentyabrın 2-də saat 00:00 radələrində Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, nəticədə sərnişin, 2003-cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.

Sürücü, eləcə də digər üç sərnişin tibbi yardım alaraq ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş