Səbuhi Əmiraslanov tutduğu vəzifədən azad olunub
Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.
AYNA-nın “Report”a istinadən məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Səbuhi Əmiraslanov tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, S. Əmiraslanov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu.