Goranboyda yol qəzası olub, xəsarət alanlar var

Xəbərlər

01.10.2022 - 22:14

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb

Goranboy rayonunun Xanqərvənd kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, "VAZ-21015" və "VAZ-2104" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların içərisində vəziyyəti ağır olan da var.

Xəsarət alanlar xəstəxanaya aparılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az