Goranboyda yol qəzası olub, xəsarət alanlar var

Xəbərlər

16.08.2022 - 23:18

Qəzada xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə rayonun Qarqucaq kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" ilə "Nissan" markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az