İdarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb.
Nəticədə idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb.
Qəza zamanı 4 nəfər - Saatlı rayon sakinləri 2006-cı il təvəllüdlü Aygün Cəfərova, 2000-ci il təvəlllüdlü Könül Məmmədova,1980-ci il təvəllüdlü Səkinə Yaqubova və 1965-ci il təvəllüdlü Səlvinaz Müsrəddinova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Məlumata görə, qəzaya düşən şəxslər yaxınlarının andiçmə mərasiminə gedirləşmiş.
Faktla bağlı araşdırma aparılır.