Goranboyda piyadanı maşın vurub

Xəbərlər

16.12.2023 - 04:50

Xəstəxanaya yerləşdirilən zərərçəkmişin vəziyyətinin orta-ağır olduğu bildirilir

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1951-ci il təvəllüdlü Adil Ələkbərovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş