Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atıb

Hadisə

16.02.2025 - 23:18

Həkimlər Klinikalar SEO Xidməti

Şübhəli bilinən şəxsin dindirilməsi həyata keçirilir

Goranboy rayonunun Qarasüleymanlı kəndində baş verən hadisənin bəzi təfərrüatları məlum olub.

AYNA-nın “Report”a istinadən məlumatına görə, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.

Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar. Ehtimal edilir ki, Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edən şəxs həmin partlayıcı maddəni müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapıb. Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.

Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş