Goranboyda evdən 8 min manatlıq cehiz oğurlanıb

Xəbərlər

28.02.2024 - 10:26

cedabet dərman SEO Xidməti

Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaq təhvil verilib

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qanunsuz yolla daxil olaraq oradan ümumi dəyəri 8 000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən S.Mehracov oğurladığı əşyaların bir qismini satdığını bildirib. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaq təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş