Goranboyda açıq sahədə yanğın olub

Xəbərlər

15.03.2024 - 17:03

cedabet dərman SEO Xidməti

Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, tikililər yanğından mühafizə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 200 kvadratmetr sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70 p.m yanıb.

Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş