Ən çox yük maşını “Samur” gömrük postunda gözləyir
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 9 yük maşını var.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, hazırda “Biləsuvar” gömrük postunda 28, “Qırmızı Körpü” gömrük postunda 0, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40 və “Xanoba” gömrük postunda 6 yük maşını var.