Gömrük buraxılış məntəqələrimiz koronavirusdan belə qorunur – <font color=red> VİDEO</font>

Xəbərlər

16.03.2020 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Tranzit yük daşıyan nəqliyyat vasitələri Dövlət Yol Polisinin müşayiəti ilə təyinat nöqtəsinə yola salınır

 

Koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, Respublikamızın bütün gömrük-sərhəd buraxılış məntəqələrində, o cümlədən Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" və "Biləsuvar" gömrük postlarında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

 

Ölkəyə daxil olan nəqliyyat vasitəsi stasionar dezinfeksiya qurğusundan keçməklə rejim zonasına daxil olur. İkinci mərhələdə dezinfeksiya tədbirləri qoruyucu geyim və dezinfeksiyaedici vasitələr ilə təmin edilmiş gömrük əməkdaşları tərəfindən əl ilə həyata keçirilir.

 

Sonra idxal nəzarət xəttində proses bir daha təkrarlanır. Gömrük nəzarəti başa çatdıqdan sonra mobil gömrük bölməsinin müşayiəti ilə nəqliyyat vasitələri xüsusi terminala yönləndirilir.

 

Terminala daxil olan nəqliyyat vasitəsi bir daha dezinfeksiya edilir. Ölkəmizə gələn yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı avtomobillərə boşaldılır. Tranzit yük daşıyan nəqliyyat vasitələri isə Dövlət Yol Polisinin müşayiəti ilə təyinat nöqtəsinə yola salınır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş