Gimnastlarımız Qazaxıstanda medal qazanıblar

İdman

23.03.2024 - 23:02

Almatı şəhərində tamblinq üzrə beynəlxalq turnir keçirilib

20-22 mart tarixlərində Qazaxıstanın Almatı şəhərində tamblinq üzrə beynəlxalq turnir keçirilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Yarışda ölkəmizi gimnastlarımız Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli təmsil ediblər. Təmsilçilərimiz arasında Aleksey Karataşov və Sənan Rzazadə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Komanda hesabında da gimnastlarımız bütün rəqiblərini üstələyiblər.

Belə ki, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komandamız birinci pillədə qərarlaşıb.

Digər fərdi gimnastlarımız Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev isə bürünc medal qazanıblar.

Beynəlxalq dərəcəli hakim Rahib Əliyev də yarışda ölkəmizi təmsil edib.

Müəllif: Ayna.az